Maduro “Bolivar Doktrinası”nı imzalayıb
Tarix: 12-11-2025 08:03 | Bölmə: Dünya
Maduro “Bolivar Doktrinası”nı imzalayıb

Venesuela ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumları fonunda vahid milli müdafiə sistemi yaradır.

Reyting.az
xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro “VTV” telekanalında canlı yayımlanan çıxışında bəyan edib.

N. Maduro deyib ki, Karib dənizində vəziyyətin gərginləşməsi fonunda milli müdafiə komandanlığının yaradılması haqqında qanunu imzalayıb. O, yeni strukturun silahlı qüvvələri, dövlət qurumlarını və ictimai təşkilatları birləşdirəcəyini bildirib: “Bu gün biz Milli Müdafiə Komandanlığını təsis edən qanunu – Bolivar Doktrinasını təsbit edən qanunu qəbul edirik”.

ELÇİN




Bölməyə aid digər xəbərlər