Dominikan Respublikası qaranlığa qərq olub
Tarix: 12-11-2025 08:08 | Bölmə: Dünya
Dominikan Respublikası qaranlığa qərq olub

Dominikan Respublikasında elektrik enerjisinin verilişi tam kəsilib.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Dominikan Respublikasında elektrik enerjisi istehsalı sistemində yaranmış nasazlıq ucbatından ölkənin bütün ərazisində elektrik enerjisi kəsilib.

Dövlət şirkətinin məlumatına görə, ötürücü sistemdəki nasazlıq ölkənin elektrik təchizatını tamamilə sıradan çıxarıb. Son məlumatlara görə, qəza Dominikan Respublikasının şərq hissəsində yerləşən iki şirkətə məxsus elektrik stansiyalarında baş verib. Sonra qəza zəncirvari reaksiyaya səbəb olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər