Orban: Tramp-Putin sammiti baş tutacaq
Tarix: 12-11-2025 11:16 | Bölmə: Dünya
Orban: Tramp-Putin sammiti baş tutacaq

ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında yeni görüş gündəmdədir.

Reyting.az
xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

Baş nazir müsahibəsində “təxirə salınan görüş baş tutacaq. Sadəcə, istədiyimiz vaxt yox, bir az sonra”,- ifadəsini işlədib.

Onun sözlərinə görə, Ukrayna ilə Rusiya arasında danışıqlar çıxılmaz vəziyyətdədir, çünki Rusiya mümkün sülh razılaşması əldə edilməzdən əvvəl bütün Donetsk bölgəsini ələ keçirmək istəyir.

Orban əlavə edib ki, 2022-ci il “İstanbul Sazişləri”nin sənədlərini görüb: “Bu danışıqlar uğura yaxın olsa da, razılaşma anglosaksonlar tərəfindən pozulub”.

Qeyd edək ki, daha əvvəl media orqanları Putinin Budapeşt sammitinin uğursuzluğuna görə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ittiham edirdilər.

Eyni zamanda, Kremlin mətbuat katibi Dmitri Peskov Tramp-Putin görüşünün hazırda lazımsız olduğunu, artıq razılaşmanın detalları üzərində dəqiq işə ehtiyac duyulduğunu bildirmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər