Rusiyanın “Ka-27” helikopteri və bahalı sistemləri vurulub
Tarix: 21-11-2025 17:35 | Bölmə: Dünya
Rusiyanın “Ka-27” helikopteri və bahalı sistemləri vurulub

Rusiyanın işğal etdiyi Krımda bahalı hərbi qurğular, “Ka-27” helikopteri, bir neçə radar sistemi və kompleks vurulub.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (GUR) “Facebook” hesabında yayıb.

Bildirilir ki, GUR-un “Xəyallar” xüsusi təyinatlı dəstəsi Rusiya ordusuna ciddi zərbə vurub.

“Müvəqqəti işğal olunmuş yarımadada əməliyyat nəticəsində düşmənin aşağıdakı silahları uğurla məhv edilib: “Ka-27” gəmiyə quraşdırılan çoxməqsədli helikopter, “Lira-A10” aerodrom radar sistemi, “55Zh6U Nebo-U” radar stansiyası, “Nebo-SV” günbəzli radarı, “P-18 Terek” radarı”,-GUR-un məlumatında qeyd edilib.

Baş Kəşfiyyat İdarəsi zərbələrin videosunu da yayımlayıb.

“Düşmən hava hücumundan müdafiə raketlərindən ustalıqla yayınan GUR xüsusi təyinatlı qüvvələrinin dronları olan “Xəyallar” Krım yarımadasındakı işğalçılara məxsus qiymətli radar avadanlıqlarını məhv etməyə davam edir”, - deyə bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər