Ankara qlobal sabitliyə sadiqliyini bir daha təsdiqləyib
Tarix: 24-11-2025 10:42 | Bölmə: Dünya
Ankara qlobal sabitliyə sadiqliyini bir daha təsdiqləyib
Burhanəddin Duran

“G20” sammitindən sonra Türkiyə Prezident Administrasiyası forumun nəticələrini şərh edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran özünün “X” hesabında forumun nəticələri ilə bağlı deyib ki, Türkiyənin regional sülhə və qlobal iqtisadi sabitliyə güclü bağlılığı Yoxannesburqda keçirilən “G20” sammitində xüsusi olaraq vurğulanıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər