Beyruta hava hücumu: 5 ölü, 28 yaralı var
Tarix: 24-11-2025 10:47 | Bölmə: Dünya
Beyruta hava hücumu: 5 ölü, 28 yaralı var

İsrailin Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsinə endirdiyi zərbə nəticəsində 5 nəfər ölüb, 28 nəfər yaralanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

İsrail ordusunun sözçüsü Aviçai Adraei İsrail Hərbi Hava Qüvvələrinin Dahiyə məhəlləsinə zərbələr endirdiyini təsdiqləyib.

O, “Hizbullah”ın yüksək rütbəli məmurunu hədəfə alındığını iddia edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər