ABŞ Ukraynanı Trampın planının “mənfi detallarını” sızdırmaqda ittiham edir
Tarix: 24-11-2025 11:38 | Bölmə: Dünya
ABŞ Ukraynanı Trampın planının “mənfi detallarını” sızdırmaqda ittiham edir

ABŞ Ukraynanı Donald Trampın sülh planının “mənfi detallarını” Amerika mətbuatına sızdırmaqda ittiham edir.

Reyting.az
“Axios” nəşrinə istinadla bildirir ki, bu, Cenevrədə keçirilən danışıqlarda müzakirə olunub.

Bazar günü Cenevrədə ABŞ və Ukrayna arasında Trampın 28 bəndlik sülh planı üzrə əsas danışıqlar raundu baş tutub. Dövlət katibi Marko Rubio həmin günün müzakirələrin “ən məhsuldar” günü olduğunu bildirib.

Çərşənbə axşamı “Axios” planı açıqlandıqdan sonra danışıqlar kəskin şəkildə sürətlənib. Tramp Kiyevlə Şükran gününə qədər ilkin anlaşma əldə etməyi gözləyir.

Bazar günü keçirilən danışıqların sonunda Tramp administrasiyası ukraynalıların ABŞ-ın onların şərhlərinə əsasən etdiyi dəyişiklikləri alqışladığını qeyd edən bir bəyanat yayıb.

“Ukrayna nümayəndələri mövcud layihənin onların milli maraqlarını əks etdirdiyini, güclü və effektiv təhlükəsizlik mühafizəsini təmin etdiyini bildirdilər. Kiyevin bütün əsas tələbləri - təhlükəsizlik zəmanətləri, iqtisadi inkişaf, infrastrukturun qorunması, naviqasiya azadlığı və siyasi suverenlik - hərtərəfli nəzərdən keçirildi”,- deyə məlumatda qeyd olunur.

“Axios”un iki mənbəyinə görə, tərəflərin nikbin açıqlamaları daha gərgin səhər görüşündən sonra verilib. Görüşdə ABŞ Ukraynanı planla bağlı “mənfi detalları” Amerika mediasına yaymaqda ittiham edib. Mənbənin sözlərinə görə, Kiyev nümayəndələrindən biri müsbət açıqlamasını dərc etməyə razı olub. Daha sonra Ukrayna nümayəndə heyəti əks təklif təqdim edib və ABŞ müəyyən məqamları nəzərdən keçirməyə hazır olduğunu bildirib.

İddiaya görə, ABŞ və Ukrayna rəsmiləri Zelenskinin ABŞ-a səfəri və Trampla ABŞ sülh planını müzakirə etmək imkanını müzakirə edirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər