Fransa təhdidlərə görə səfərbərlik edəcək
Tarix: 24-11-2025 11:55 | Bölmə: Dünya
Fransa təhdidlərə görə səfərbərlik edəcək

Fransa yaxın günlərdə könüllü hərbi xidmətin tətbiqini elan edə bilər.

Reyting.az
“Le Figaro”-ya istinadla xəbər verir ki, prezident Emmanuel Makron Avropada artan təhlükəsizlik riskləri fonunda bunu 27 noyabrda rəsmi olaraq elan etməyi planlaşdırır.

“Fransa güclü ordusu olan güclü bir ölkə olaraq qalmalıdır”,- Makron vurğulayıb.

Nəşrin məlumatına görə, təşəbbüs üzərində iş bir neçə aydır aparılır: prezident bu ideyanı ilk dəfə 13 iyulda hərbi komandanlıq qarşısında çıxışı zamanı qeyd edib.

Nəşr yazır ki, hökumət bir neçə ssenarini nəzərdən keçirir. Plan ildə 10.000 ilə 50.000 arasında könüllü cəlb etməyi nəzərdə tutur. Xidmət 10 ay davam edə bilər. İştirakçılar ayda bir neçə yüz avro kompensasiyası alacaqlar.

Makron bildirib ki, Avropa “Rusiyadan daimi təhlükə” ilə üzləşir və lazım gələrsə, tez bir zamanda səfərbərlik olmalıdır.

Fransa hərbi xidmətə yanaşmasını yenidən nəzərdən keçirən yeganə Avropa İttifaqı ölkəsi deyil. Almaniya hökuməti də əvvəllər yeni seçim modeli ilə razılaşıb.

Bundan başqa, Avropa Birliyi qoşunların, texnikanın və digər müdafiə aktivlərinin sürətli və maneəsiz hərəkəti üçün zəmin hazırlayır.

Bəzi ölkələr bu cür qərarların qəbuluna çox vaxt sərf edirlər. Buna görə də, hərbi təhlükə halında qoşunların hərəkəti 45 gün çəkə bilər.

Avropa əvvəllər Avropa qitəsində müharibəyə hazırlıq görməyib. İndi isə belə bir müharibəyə hazır olmaq üçün vaxt çərçivəsini qısaldırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər