Namibiyada Hitlerin hakimiyyəti davam edəcək?
Tarix: 24-11-2025 19:49 | Bölmə: Dünya
Namibiyada Hitlerin hakimiyyəti davam edəcək?

2004-cü ildən Namibiyada hakimiyyətdə olan Adolf Hitler Uunon yenə namizədliyini irəli sürüb.

Reyting.az
Almaniyanın “Bild” tabloidinə istinadla xəbər verir ki, solçu hakim partiyanın dəstəyinin azalmasına baxmayaraq, “Namibiya Hitleri”nin əsas dairələrdə yenidən qalib gələcəyi gözlənilir.

Bildirilir ki, noyabrın 26-da Namibiyada regional seçkilər keçiriləcək.

Xatırladaq ki, Hitler Uunon 2004-cü ildən Namibiyada hakimiyyətdədir və sonuncu seçkilərdə - 2020-ci ildə səslərin 84,88 faizini qazanıb.

“Bild” nəşrinin qeyd etdiyi kimi, bu dəfə Hitler Uunona təzyiq həmişəkindən daha böyükdür. Əhalinin böyük qismi ölkədə inkişafın olmamasından narazıdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər