Ukrayana məsələsi ABŞ-da hakimiyyətdaxili qarşıdurmaya səbəb olub
Tarix: 26-11-2025 12:53 | Bölmə: Dünya
Ukrayana məsələsi ABŞ-da hakimiyyətdaxili qarşıdurmaya səbəb olub

ABŞ ordusunun katibi Den Driskolun müharibədə Ukraynaya “qaçılmaz məğlubiyyət” xəbərdarlığına ABŞ dövlət katibi Marko Rubio sərt reaksiya verib.

Reyting.az
-ın məlumatına görə, Marko Rubio bu xəbərdarlığın uydurma olduğunu bildirib.

M. Rubio sosial media hesabında yazıb ki, bu, Ukraynadakı müharibənin necə bitəcəyi ilə bağlı Tramp administrasiyası daxilindəki fikir ayrılıqları ilə bağlı saxta xəbərlərin sonuncusudur: “Bu insanlar sadəcə, səhv etmirlər, onlar sözün əsl mənasında uydururlar”.

Qeyd edək ki, “NBC News” əvvəllər ABŞ ordusunun katibi Den Driskolun Kiyevə son səfəri zamanı cəbhədəki vəziyyətlə bağlı bir sıra dəhşətli proqnozlar verdiyini və Amerika sülh planının orijinal versiyasının qəbulunda israr etdiyini bildirmişdi.

ELÇİN




Bölməyə aid digər xəbərlər