Britaniya ordusunda kabus dolaşır
Tarix: 26-11-2025 13:37 | Bölmə: Dünya
Britaniya ordusunda kabus dolaşır

Britaniya ordusunun əsgərləri qusma və nəzarətsiz titrəmə ilə xəstəxanaya yerləşdirilib və təlim dərhal dayandırılıb.

Reyting.az
xatırladır ki, söhbət Solsberidə keçirilən təlimlərdən gedir.

Təlim zamanı təxminən 30 əsgərin zirehli “Ajax” maşınların içərisində ititrəməsi qeydə alınıb və bu səbəbdən zirehli döyüş maşınlarının istifadəsini iki həftə müddətinə dayandırıb.

Səhiyyə rəsmiləri əsgərlərin qusma və nəzarətsiz titrəmə kimi şikayətlər etdiklərini bildiriblər.

“Independent” qəzetinin məlumatına görə, Böyük Britaniya Müdafiə Nazirliyi məsələ ilə bağlı araşdırmanın “çox ehtiyatlılıq” səbəbindən başladığını açıqlayıb. Hadisə 6,3 milyard funt sterlinq dəyərində “Ajax” proqramının ən son uğursuzluğudur. Nəqliyyat vasitəsinin bu ayın əvvəlində ilkin əməliyyat qabiliyyətinə çatdığı elan edilmişdi və müdafiə naziri Luke Pollard bunu “problemlərini geridə qoymuş” kimi təsvir edirdi.

Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, həftəsonu keçirilən təlim zamanı az sayda əsgər səs-küy və titrəmə ilə əlaqəli simptomlar barədə məlumat verib. Təlim dərhal dayandırılıb və bütün əsgərlər sağlamlıq yoxlamalarından keçib. Əksər əsgərlər geri qayıdıb və təxminən 30 nəfər ixtisaslaşmış müalicə almağa davam edir.

Mətbuat katibi “Ajax”-ın bütün təlimlərdə istifadəsinin iki həftə müddətinə dayandırıldığını əlavə edib. Potensial problemləri müəyyən etmək üçün nəqliyyat vasitəsindəki texniki sınaqlar məhdud şəkildə aparılır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər