Türkiyənin turizm bölgəsində qayıqlar yanır
Tarix: 28-11-2025 14:43 | Bölmə: Dünya
Türkiyənin turizm bölgəsində qayıqlar yanır

Türkiyənin İzmir şəhərinin Çeşmə rayonunun Yıldızburnu çimərliyində qayıqda yanğın baş verib. Lövbər salmış qayıqdakı yanğın tez bir zamanda digər qayıqlara da keçib.

Reyting.az
xəbər verir ki, ərazini bürüyən tüstü panikaya səbəb olub və hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Söndürmə işlərinə baxmayaraq, ərazidəki yanğının davam etdiyi bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər