Prezident Ofisinin rəhbəri istefa verib
Tarix: 28-11-2025 19:46 | Bölmə: Dünya
Prezident Ofisinin rəhbəri istefa verib

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.

Reyting.az
-ın məlumatına görə, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, Yermak istefa ərizəsi yazıb.

“Yeni Ofis rəhbərinə gəlincə, sabah bu quruma rəhbərlik edə biləcəklərlə məsləhətləşəcəyəm”, - deyə Zelenski əlavə edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılıb.

Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib.




Bölməyə aid digər xəbərlər