Dneprə raket zərbəsi nəticəsində ölənlərin sayı artır
Tarix: 01-12-2025 15:33 | Bölmə: Dünya


Rusiya ordusu Dneprə raket zərbəsi endirib. Hücum nəticəsində ölən və yaralananlar var.

Reyting.az xəbər verir ki, bu barədə Dnepropetrovsk xüsusi hava hücumundan müdafiə qüvvələrinin rəis vəzifəsini icra edən Vladislav Qayvanenko bildirib.

Qayvanenkonun sözlərinə görə, ölənlərin sayı dördə, yaralıların sayı isə 22-yə çatıb.

Əvvəllər üç ölü və səkkiz yaralı olduğu bildirilirdi.

Qeyd edək ki, bu gün Ukrayna Hərbi Hava Qüvvələri ballistik raket təhlükəsi barədə məlumat verib və Dnepr sakinlərini gizlənməyə çağırıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər