Ruslar “Şahed” dronlarına raket quraşdırır
Tarix: 01-12-2025 19:27 | Bölmə: Dünya


Rusiyanın “Şahed” hücum dronunda ilk dəfə “R-60” hava-hava raketi aşkar edilib.

Reyting.az xəbər verir ki, bunu elektron müharibə və hərbi rabitə sistemləri üzrə ukraynalı ekspert Sergey Beskrestnov bildirib.

Onun sözlərinə görə, ruslar bu kombinasiyadan “Şahed”ləri axtaran vertolyot və taktiki təyyarələrin məhvi üçün istifadə edirlər.

“Bu gün ilk dəfə olaraq “Şahed”lərdə “R-60” hava-hava raketi aşkar edilib. Bu kombinasiya “Şahed”ləri axtaran vertolyotları və taktiki təyyarələri məhv etmək üçün nəzərdə tutulub”, - Beskrestnov yazıb.

“Business Insider” Rusiyanın Ukrayna təyyarələrini “ovlamaq” üçün “Şahed” dronlarını sınaqdan keçirdiyini bildirib. Nəşr qeyd edib ki, bu, Moskvanın döyüş taktikasında yeni bir dönüşdür.

Ukrayna müdafiə nazirinin müavini Yuri Mironenko bildirib ki, “İndi “Şahed” dronlarına qarşı mübarizə aparmaq daha da çətindir, çünki onlar real vaxt rejimində idarə olunur və operatora mövcud vəziyyətə reaksiya verməyə, hətta havada təyyarələrimizə və ya helikopterlərimizə hücuma cəhd etməyə imkan verir”.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər