Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 02-12-2025 14:03 | Bölmə: Dünya

Donald Tramp administrasiyası, İsrailin Suriya daxilindəki hücumlarının ölkədəki sabitliyi poza biləcəyindən və İsrail ilə Suriya arasında potensial təhlükəsizlik müqaviləsi perspektivlərini sarsıda biləcəyindən narahatdır.
Reyting.az-ın məlumatına görə, “Axios” nəşrinə danışan iki adı açıqlanmayan yüksək vəzifəli ABŞ rəsmisi deyib ki, bu narahatlıqlar ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra ortaya çıxıb.
Rəsmilər bildiriblər ki, Ağ ev Suriyaya hücum barədə əvvəlcədən məlumatlandırılmayıb və İsrail keçmişdə olduğu kimi Suriyanı hərbi kanallar vasitəsilə xəbərdar etməyib.
Rəsmilər deyiblər ki, baş nazir Netanyahu ilə hücumları dayandırmağa çağırmaq üçün danışıblar: “Çünki o, belə davam edərsə, özünü məhv edəcək, böyük diplomatik fürsəti əldən verəcək və yeni Suriya hökumətini düşmənə çevirəcək”.
Rəsmilər qeyd ediblər ki, Suriya ictimaiyyəti hücumlarda uğradığı itkilərə görə qisas tələb edir və Netanyahunun hərəkətləri Vaşinqtonun Suriyanın gələcəkdə İbrahim sazişlərinə qoşulması istiqamətində ilk addım olacağına ümid etdiyi razılaşma üzərində işi pozur.
ABŞ rəsmiləri Tramp administrasiyasının İsrailin hücumlarının Suriyanı qeyri-sabitləşdirə biləcəyindən narahat olduğunu vurğulayıblar.
Dünən Tramp Suriyanın “real və çiçəklənən bir ölkə qurmaq” üçün atdığı addımları dəstəklədiyini deyib və İsraili “Suriya ilə güclü və həqiqi dialoq saxlamağa” çağırıb.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər