Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-12-2025 08:25 | Bölmə: Dünya

Polşanın eks-prezidenti, keçmiş dissident, Nobel mükafatı laureatı Lex Valensanın Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ prezidenti Donald Trampa yazdığı növbəti məktub Qərb mətbuatında müzakirələrə səbəb olub. Qəribə olsa da, Valensa yenə məktubunun sonunda Nobel mükafatçısı olduğunu qeyd etməyib.
Reyting.az ABŞ prezidentinə ünvanlanmış məktubun mətnini təqdim edir:
"Zati-aliləri cənab prezident,
Biz, sizin prezident Zelenski ilə söhbətinizi qorxu və ikrahla izlədik. Rusiyaya qarşı mübarizədə ABŞ-ın Ukraynaya göstərdiyi maddi yardımın əvəzində minnətdarlıq gözləməyiniz təhqiramizdir.
Minnətdarlıq, artıq 11 ildən çoxdur ki, qan tökməklə, azad dünya dəyərlərini və Putin Rusiyasının hücumuna məruz qalan vətən müdafiəçiləri qəhrəman ukraynalı əsgərlərə göstərilməlidir.
Azad dünyanın simvolu olan bir ölkənin lideri bunu necə görməyə bilər?
Sizin söhbətiniz zamanı Oval kabinetdəki mühit bizə təhlükəsizlik xidmətlərində və kommunist məhkəmələrindəki istintaqları xatırlatdı. O zamanlar da prokurorlar bizə deyirdilər ki, bütün güc onların əlindədir, bizim isə heç bir gücümüz yoxdur.
Onlar əməkdaşlıqdan imtina etdiyimizə və zülmə görə "minnətdarlıq" göstərməkdən boyun qaçırdığımıza görə, bizi azadlıqdan məhrum edirdilər. Biz, prezident Zelenskiyə qarşı oxşar davranışa görə sarsılmışıq.
Tarix göstərir ki, Amerika Birləşmiş Ştatları demokratik dəyərlərdən və Avropadakı müttəfiqlərindən uzaqlaşanda sonunda özünü təhlükəyə atır.
Vilson bunu hələ 1917-ci ildə, ABŞ Birinci Dünya Müharibəsinə daxil olanda dərk etmişdi. Ruzvelt 1941-ci ildə Perl Harbor hadisəsindən sonra başa düşmüşdü ki, Amerikanı qorumaq həm Sakit okeanda, həm də Avropada mübarizə aparmaq deməkdir.
Prezident Reyqan və ABŞ-ın maliyyə dəstəyi olmadan isə Sovet imperiyasının süqutu mümkün olmazdı. Reyqan SSRİ-ni "şər imperiyası" adlandırdı və ona qətiyyətli müqavimət göstərdi.
Biz qalib gəldik və bu gün Varşavada, ABŞ səfirliyinin qarşısında onun heykəli durur.
Cənab prezident, hərbi, maliyyə yardımını Ukraynanın müstəqilliyi, Avropanın, bütün dünyanın azadlığı uğrunda tökülən qanla eyniləşdirmək olmaz.
İnsan həyatı qiymətsizdir. Biz, yəni Sovet Rusiyasının kommunist rejiminin keçmiş siyasi məhbusları üçün öz qanını, eləcə də azadlığını qurban verənlərə minnətdarlıq tamamilə aydındır.
Biz, ABŞ-ı 1994-cü il Budapeşt Memorandumuna əməl etməyə çağırırıq. Bu memorandum Ukraynanın nüvə silahından imtinası müqabilində onun sərhədlərini qorumağa dair birbaşa öhdəliklər müəyyən edirdi.
Bu zəmanətlər şərtsizdir və heç bir yerdə belə yardımın adi iqtisadi sövdələşmənin olduğu yazılmır.
Lex Valensa, keçmiş siyasi məhbus, "Solidarnost" hərəkatının lideri, Polşanın sabiq prezidenti”.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər