Rusiyanın neft anbarlarına zərbələr endirilib
Tarix: 03-12-2025 11:46 | Bölmə: Dünya


Ukraynaya məxsus dronlar Rusiyanın Tambov bölgəsindəki neft anbarına zərbə endirib. Dronlar Voronej bölgəsindəki yanacaq çənlərinə də zərər vurub.

Reyting.az xəbər verir ki, Tambov qubernatoru Yevgeni Pervışovun məlumatına görə, Ukrayna dronları neft anbarına hücum edib və yanğın qeydə alınıb.

Voronej qubernatoru Aleksandr Qusevin təsdiqlədiyi kimi, dronlar gecə saatlarında Voronej bölgəsinə də hücum edib.

Onun sözlərinə görə, dörd dron vurulub və onlardan birinin qalıqları bir neçə yanacaq çəninə ziyan vurub.

Rusiya Müdafiə Nazirliyi isə çərşənbə axşamı 102 Ukrayna dronunun hava hücumundan müdafiə sistemləri tərəfindən tutularaq məhv edildiyini bildirib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər