Hava limanında xaos: 250 uçuş ləğv edilib
Tarix: 04-12-2025 14:04 | Bölmə: Dünya

Hava limanında xaos: 250 uçuş ləğv edilib

Hindistanın ən böyük aviaşirkəti olan “IndiGo” heyət çatışmazlığı, texniki problemlər və hava limanında tıxac səbəbindən daha 250 uçuşu ləğv etməyə məcbur olub.

Reyting.az-ın məlumatına görə, aviaşirkətdən bildiriblər ki, 250-dən çox uçuş, o cümlədən Yeni Dehlidə 33, Haydarabadda 68, Mumbayda 85 və Banqalorda 73 aviareys ləğv edilib.

Rəsmilər müxtəlif bölgələrdə daha çox uçuşun ləğvinin gözlənildiyini bildiriblər.

Sosial mediada paylaşılan videolarda ləğv edilmiş və gecikmiş uçuşlar səbəbindən hava limanlarında izdihamın yarandığı görünür.

Qeyd edilir ki, “IndiGo” təkcə dünən heyət çatışmazlığı, texniki problemlər və hava limanında tıxac səbəbindən 150-dən çox uçuşu ləğv edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər