Xəzəryanı ölkələrin beşinci iclasının tarixi bəlli olub
Tarix: 04-12-2025 15:24 | Bölmə: Dünya

Xəzəryanı ölkələrin beşinci iclasının tarixi bəlli olub

Xəzəryanı əməkdaşlıq üzrə idarələrarası komissiyanın beşinci iclası dekabrın 8-də keçiriləcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

"Dekabrın 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı əməkdaşlıq üzrə idarələrarası komissiyanın beşinci iclası keçiriləcək," - o bildirib.

M.Zaxarovanın sözlərinə görə, Xəzəryanı əməkdaşlığın aktual məsələlərinin, o cümlədən yeddinci Xəzər sammitinə hazırlıqla bağlı məsələlərin müzakirəsi planlaşdırılır(report).





Bölməyə aid digər xəbərlər