ABŞ Yaxın Şərqə hücum dronları yerləşdirir
Tarix: 04-12-2025 16:26 | Bölmə: Dünya

ABŞ Yaxın Şərqə hücum dronları yerləşdirir

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqə ilk hücum dronları donanması yerləşdirir. Donanmanın “Əqrəb Zərbə Tapşırıq Qrupu” (TFSS) tərəfindən idarə olunacağı bildirilir.

Reyting.az xəbər verir ki, TFSS qüvvələri CENTCOM missiya ərazisində “Ucuz Qiymətli Pilotsuz Döyüş Zərbə Sistemi” (LUCAS) dron donanma sistemlərindən istifadə edəcək.

Mərkəzi Komandanlıq bəyan edir ki, LUCAS donanması muxtar olmaq üçün nəzərdə tutulub və uzun mənzilə malikdir, həmçinin PUA-lar katapultlardan, raketlə dəstəklənən buraxılış qurğularından və mobil platformalarda yerləşdirilə bilər.

Mərkəzi Qüvvələr Komandanmlığından admiral Bred Kuper deyib ki, yeni tapşırıq qrupu “innovasiyadan çəkindirici element kimi istifadə etmək” üçün lazımi şərait yaradır.

“Təcrübəli döyüşçülərimizi qabaqcıl dron imkanları ilə daha tez təchiz etmək ABŞ-ın hərbi innovasiyasını və gücünü nümayiş etdirir, eyni zamanda zərərli aktorları çəkindirir”,- deyə admiral əlavə edib.

ELÇİN





Bölməyə aid digər xəbərlər