Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 08-12-2025 12:54 | Bölmə: Dünya

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukrayna prezidenti Vladimir Zelenskini, onun fransız və alman həmkarlarını Londonda qəbul edəcək.
Reyting.az xəbər verir ki, Avropa ölkələri ABŞ-nın Rusiya ilə sülh müqaviləsi əldə etmək üçün artan təzyiqi fonunda Kiyevi dəstəkləməyə çalışırlar.
Qeyd olunur ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz bu gün Dauninqdə görüşərək ABŞ-nın Kiyevi Rusiyanın əhəmiyyətli rol oynadığı ədalətsiz sülh müqaviləsinə razılaşmağa məcbur edə biləcəyi ilə bağlı narahatlıqlar fonunda Zelenskiyə dəstəklərini ifadə edəcəklər.
Xatırldaq ki, dünən ABŞ prezidenti Donald Tramp Ukrayna prezidentinin razılaşmanı gecikdirdiyini və hətta son planı belə “oxumadığını” iddia edib.
“Avropa rəsmilərini sülh razılaşmasına mane olmaqda ittiham edən ABŞ özünün Milli Təhlükəsizlik Strategiyasının dərc olunmasından sonra Avropanın ABŞ-nın mövqeyi ilə bağlı narahatlıqları artıb. Strategiyada ABŞ-nın “əsas marağının” hərbi əməliyyatların “sürətli” dayandırılması və “Rusiya ilə strateji sabitliyin bərpası” olduğu bildirilir”, - “Financial Times” nəşr yazıb.
Əlavə edək ki, Starmer 7 dekabrda Hollandiyanın baş naziri Dik Şufla danışıb və bundan sonra “Ukraynanın müdafiəsi üçün davamlı beynəlxalq dəstəyə ehtiyac olduğunu” təsdiqləyiblər.
Yelisey Sarayının sözçüsü deyib ki, Avropa liderləri ilə Vladimir Zelenski arasında görüşün məqsədi çətin bir vaxtda Ukrayna birliyini dəstəkləməkdir. O əlavə edib ki, danışıqların məqsədi “amerikalılarla möhkəm əsasda razılığa gəlməyə imkan verəcək” sülh şərtləri ilə bağlı Avropa-Ukrayna mövqeyini “möhkəmləndirmək" olacaq.
Ukrayna prezidentinin digər liderlərə Ukrayna və Amerika rəsmiləri arasında son danışıqlar barədə məlumat verməsi də gözlənilir. Bundan əlavə, Merz baş nazir Bart de Vever ilə görüşdən sonra həmkarlarına Belçikanın Avropa Birliyinin (AB) dondurulmuş Rusiya aktivlərindən istifadə planlarına qarşı çıxması barədə məlumat verəcək.
“Böyük Britaniyanın qoşulmağı təklif etdiyi və AB liderlərinin 18-19 dekabr tarixlərində keçiriləcək sammitdə müzakirə edəcəyi təşəbbüs, Ukraynanın hərbi və büdcə ehtiyaclarını maliyyələşdirmək üçün kredit almaq məqsədilə Avropada saxlanılan dondurulmuş Rusiya suveren aktivlərindən istifadəni nəzərdə tutur”,- nəşir vurğulayır.
Eyni zamanda, danışıqlar zamanı Merzin Fransa və Böyük Britaniyanın maliyyə məhdudiyyətləri nəzərə alınmaqla, Almaniyanın gələn il Ukraynanı dəstəkləmək xərclərinin əksəriyyətini ödəyə biləcəyi ilə bağlı narahatlığını ifadə etməsi gözlənilir.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər