Rusiya ordusuna yeni qırıcılar verilib
Tarix: 10-12-2025 13:35 | Bölmə: Dünya

Rusiya ordusuna yeni qırıcılar verilib

Birləşmiş Aviasiya Korporasiyası (UAC) Rusiya ordusuna yeni “Su-34” qırıcı-bombardmançı təyyarəsi verib.

Reyting.az bildirir ki, bu barədə “Rostec” məlumat yayıb.

Ruslar ənənəvi olaraq təhvil verilən təyyarələrin sayını açıqlamır. Dərc olunan foto və videolara əsasən, yeni partiyaya ən azı bir neçə döyüş təyyarəsi daxildir.

Qeyd edək ki, “Su-34” qırıcı-bombardmançı ən çox istehsal olunan Rusiya döyüş təyyarələrindən biridir. Mütəxəssislərin fikrincə, illər ərzində bu bombardmançılardan 160-dan çoxu istehsal edilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər