Belçika da müharibəyə hazırlaşır - Foto
Tarix: 16-12-2025 09:00 | Bölmə: Dünya

Belçika da müharibəyə hazırlaşır

Belçika 140,8 milyon avro dəyərində mini dronlar alıb.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, kəşfiyyat və müşahidə üçün istifadə oluna bilən mini pilotsuz təyyarələrin Rumıniya və Litvada yerləşən Belçika hərbçilərinə dəstək verməsi planlaşdırılır.

Belçikanın müdafiə naziri Teo Franken ölkəsinin “nəhayət, keçmişin müharibələrinə deyil, gələcəyin müharibələrinə hazırlaşdığını” bəyan edərək, 140,8 milyon avro dəyərində mini pilotsuz təyyarələr aldığını açıqlayıb.

Sosial şəbəkələrdəki paylaşımında Franken Müdafiə Nazirliyinin mini pilotsuz təyyarələr almaq planını “tarixi addım” adlandırıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər