Vens özünü Baydenlə müqayisə edib
Tarix: 17-12-2025 08:39 | Bölmə: Dünya

Vens özünü Baydenlə müqayisə edib

ABŞ-nın vitse-prezidenti Ceyms Devid Vens çıxış etmək üçün gəldiyi Pensilvaniya ştatında təyyarənin trapından enərkən sürüşəcəyindən ehtiyatlandığını deyib.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, Vens bu zaman özünü ABŞ-nın sabiq prezidenti Co Baydenlə müqayisə edib.

Vens təyyarədən enərkən sərt soyuqla üzləşdiyini bildirib.

Media kameraları onun sağında, yanğınsöndürənlər isə solunda siyasətçi ilə şəkil çəkdirməyə can atıblar. Bu zaman, Vens bütün ölkənin gözü qarşısında sürüşüb yıxılmaqdan qorxduğunu və buna görə də “Baydenin yeriş üslubunda” yanğınsöndürənlər qrupuna doğru getməyə məcbur olduğunu etiraf edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər