Nigeriyada kamikadzenin hücumu 5 əsgərin həyatına son qoyub
Tarix: 17-12-2025 08:44 | Bölmə: Dünya

Nigeriyada kamikadzenin hücumu 5 əsgərin həyatına son qoyub

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində kamikadze-terrorçunun hücumu nəticəsində 5 əsgər həlak olub.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yerli medianın məlumatına görə, hadisə Borno əyalətinin Pulka rayonundakı hərbi bazada baş verib.

Hadisəni “Boko Haram” terror qruplaşmasının törətdiyi güman edilir.

“Boko Haram” terror qruplaşması 2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərib, 2009-cu ildən etibarən on minlərlə insanın ölümünə səbəb olan kütləvi terror aktları həyata keçirib. Qrupun 2015-ci ildən başlayaraq qonşu ölkələrə - Kamerun, Çad və Nigerə də terror hücumları nəticəsində azı 2 min nəfər həlak olub.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər