Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 17-12-2025 15:39 | Bölmə: Dünya

Terror təşkilatları təbliğat imkanlarını və təsir dairələrini genişləndirmək məqsədilə süni intellektdən istifadə etməyə başlayıblar. Mütəxəssislər bu texnologiyanın potensial təbliğat təhlükələri ilə bağlı xəbərdarlıqlar edirlər.
Reyting.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünya süni intellektin imkanlarını araşdırmağa çalışdığı bir vaxtda, qanunsuz silahlı qruplar da bu texnologiya üzərində eksperimentlər aparırlar.
Bəzi terror təşkilatları üçün süni intellekt yeni üzvlərin cəlb edilməsi, real görünən dərin saxta (deepfake) görüntülərin yaradılması və kiberhücumların təkmilləşdirilməsi baxımından güclü alətə çevrilə bilər.
Keçən ay İŞİD tərəfdarı olan bir internet saytında istifadəçilərdən biri digər tərəfdarlara süni intellekti əməliyyatlarının tərkib hissəsinə çevirməyi tövsiyə edib.
Mütəxəssislər bildirirlər ki, bəzi kəşfiyyat qurumları süni intellektin terror qruplarının cəlbetmə fəaliyyətlərini gücləndirə biləcəyindən ciddi narahatdırlar.
Məlumata görə, keçmişdə İraq və Suriyada geniş əraziləri nəzarətə götürən İŞİD hazırda zorakı ideologiyanı paylaşan silahlı şəxslərdən ibarət mərkəzləşdirilməmiş şəbəkə formasında fəaliyyət göstərir. Mütəxəssislər qeyd edirlər ki, təşkilat hələ illər əvvəl sosial medianın təbliğat və yeni üzvlərin cəlbi üçün güclü vasitə olduğunu dərk edib.
“Resursları məhdud olan hücumçular belə, süni intellektin köməyi ilə geniş miqyasda təbliğat və dərin saxta məzmun istehsal edə, təsir imkanlarını artıra bilərlər”, – deyə sabiq NSA tədqiqatçısı Con Laliberte bildirib. Onun sözlərinə görə, süni intellekt sayəsində az büdcəli kiçik qruplar belə ciddi təsir gücü əldə edə bilər.
Hesabatda qeyd olunur ki, “ChatGPT” kimi proqramların geniş yayılmasından sonra yaraqlı qruplar generativ süni intellektdən aktiv istifadə etməyə başlayıblar. Onlar bu texnologiya vasitəsilə real foto və videolar hazırlayır, sosial media alqoritmlərindən yararlanaraq yeni üzvlər cəlb edir, düşmənləri qorxudur və təbliğat aparırlar.
Nümunələr göstərir ki, iki il əvvəl Yaxın Şərqdəki zorakı qruplar İsrail–Həmas müharibəsini əks etdirən, guya qanlı və tərk edilmiş körpələri göstərən saxta görüntülər yaratmaq üçün süni intellektdən istifadə ediblər. Bu cür saxta şəkillər həm ictimai qəzəbi alovlandırıb, həm də müharibənin real dəhşətlərini kölgədə qoyub.
Eyni zamanda, ötən il Rusiyada konsert salonuna edilən hücumdan sonra süni intellektlə hazırlanmış, İŞİD-i dəstəkləyən təbliğat videolarının sosial mediada sürətlə yayıldığı bildirilir.
Məlumatlara əsasən, İŞİD liderlərinin Quran oxuduğunu əks etdirən saxta səs yazılarının hazırlanmasında, eləcə də mesajların qısa müddətdə çoxsaylı dillərə tərcümə edilməsində də süni intellektdən istifadə olunur.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər