ABŞ Böyük Britaniya ilə sazişi dayandırıb
Tarix: 18-12-2025 07:57 | Bölmə: Dünya

ABŞ Böyük Britaniya ilə sazişi dayandırıb

ABŞ Böyük Britaniya Krallığı ilə bağlanmış texnoloji sazişi müvəqqəti dayandırıb. Buna səbəb ticarət mübahisələridir.

Reyting.az xəbər verir ki, ABŞ administrasiyası Böyük Britaniya ilə ikitərəfli ticarət danışıqlarından narazıdır.

"Financial Times" nəşri yazır ki, ABŞ Böyük Britaniyadan texnologiyadan kənar daha əhəmiyyətli sahələr üzrə böyük güzəştlər tələb edir. Xüsusilə də qida, sənaye məhsulları üzrə standart fərqlər də daxil olmaqla, rəsmi Vaşinqton onu narahat edən qeyri-taarif maneələrinin aradan qaldırılmamasından məyusluq ifadə edib.

Bildirilir ki, ABŞ eyni zamanda, aqrar sektorda Amerika standartlarının tanınmasını istəyir.

Xatırladaq ki, sentyabr ayında ABŞ ilə Böyük Britaniya arasında imzalanmış, xüsusi əhəmiyyətli hesab olunan saziş süni intellekt, kvant texnologiyaları və nüvə enerjisi sahələrində çox geniş əməkdaşlığı nəzərdə tuturdu. Sazişə əsasən, "Microsoft", "Nvidia", "Google" kimi şirkətlər Böyük Britaniya Krallığı ərazisinə təxminən 42 milyard dollar investisiya cəlb etməli idilər. Lakin ABŞ-nın bu ölkəyə təzyiq etmək cəhdi, mövcud ticarət mübahisələri fonunda bu planların taleyini, Britaniyanın yenidən sazişə qayıdacağını sual altında qoyub.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər