Avstraliyada əhalidən odlu silahları alacaqlar
Tarix: 19-12-2025 14:19 | Bölmə: Dünya

Avstraliyada əhalidən odlu silahları alacaqlar

Avstraliya hökuməti əhalidən odlu silahları geri almağı planlaşdırır.

Reyting.az xəbər verir ki, bunu baş nazir Entoni Albanese deyib.

O, hökumət tərəfindən maliyyələşdirilən odlu silahların geri alınması proqramının milli odlu silah qanunvericiliyinə edilən dəyişikliklərdən sonra həyata keçiriləcəyini bildirib.

"Hökumət bunu ştatlar və ərazilərlə 50:50 nisbətində maliyyələşdirəcək, lakin təhvil verilmiş odlu silahlar üçün bütün toplanma, emal və şəxslərə ödəniş birbaşa regionlar tərəfindən həyata keçiriləcək", - deyə baş nazir əlavə edib.

Albanesenin sözlərinə görə, odlu silahlar götürüldükdən sonra federal polis onların utilizasiyası ilə məşğul olacaq.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər