Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-12-2025 17:07 | Bölmə: Dünya

İraqın paytaxtı Bağdad şəhərində 19 mindən çox küçə itini öldürüblər.
Reyting.az xəbər verir ki, bu, böyük diqqətə səbəb olub.
Bağdad bələdiyyəsinin sözçüsü Uday əl-Cəndil deyib ki, 2025-ci ilin yanvar - noyabr tarixləri arasında şəhərin müxtəlif yerlərində sayı sürətlə artan və ictimai sağlamlığa ciddi təhlükə yaradan 19 mindən çox küçə iti məhv edilib.
O, prosesin Daxili İşlər Nazirliyi və Baytarlıq İdarəsi ilə tam koordinasiyada aparıldığını vurğulayıb.
Uday əl-Cəndil əməliyyatlarda mütəxəssis snayperlərin yerləşdirildiyini və icra zamanı Baytarlıq İdarəsi nümayəndələrinin də iştirakını xüsusi qeyd edib.
Əməliyyatların demək olar ki, hər gün davam etdiyini bildirən bələdiyyə əməkdaşının sözlərinə görə, məhv edilən itlərin sağlamlıq və ətraf mühit qaydalarına uyğun olaraq toplanıb və paytaxtın Nəhrəvan rayonundakı bərk tullantılar müəssisələrinə daşınıb.
Bu arada, dünən paytaxtda kuryer işləyən 36 yaşlı Həmzə Barani Şemşir quduz it tərəfindən dişləndikdən sonra həyatını itirib. Şemşirin ailəsi bildirib ki, kuryer dişləndikdən sonra lazımi müalicəni alsa da, yalnız 40 gün sonra simptomlar özünü göstərib.
Ailədən deyiblər ki, ölümündən əvvəlki son günlərdə bədbəxt gənc quduzluğun tipik bir simptomu olan su qorxusu səbəbindən yemək yeməyi dayandırıb və su gördükdə isterik tutmalar keçirib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər