Rusiya Ukrayna limanlarını vurur
Tarix: 23-12-2025 17:33 | Bölmə: Dünya

Rusiya Ukrayna limanlarını vurur

Rusiya ordusu Ukrayna dəniz limanlarına kütləvi zərbələr endirir. Zərbələr nəticəsində Odessada Livan bayrağı altında üzən mülki gəmi zədələnib, Reni limanında isə inzibati binalar və infrastruktura ziyan dəyib.

Reyting.az xəbər verir ki, Ukrayna Dəniz Limanları İdarəsinin məlumatına görə, Rusiya gecə-gündüz hücumlarını davam etdirir.

“Ukrayna limanları üçün daha bir çətin gün - düşmən yenidən infrastrukturu hədəfə alıb. Livan bayrağı altında üzən mülki gəmi Odessa limanında partlayış dalğası nəticəsində zədələnib. O, Ukrayna soyasını daşıyırdı. Xoşbəxtlikdən, itki olmayıb”, - deyə dövlət müəssisəsi qeyd edib.

Məlumata görə, hücumların nəticələrinin aradan qaldırılması üçün bütün xidmətlər səfərbər edilib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər