Baş Qərargah rəisinin olduğu təyyarə Türkiyədə qəzaya uğrayıb
Tarix: 23-12-2025 23:23 | Bölmə: Dünya

Baş Qərargah rəisinin olduğu təyyarə Türkiyədə qəzaya uğrayıb

Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad və onunla 5 nəfərlik nümayəndə heyətinin olduğu "Dassault Falcon 50" tipli təyyarə Ankarada qəzaya uğrayıb.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.

Hadisə ilə əlaqədar Esenboğa Hava Limanında uçuşların dayandırıldığı bildirilir.

Rəsmi qurumların araşdırması davam edir.

Əlavə məlumat veriləcək.





Bölməyə aid digər xəbərlər