Ukraynanın növbəti prezidenti Zalujnı ola bilər
Tarix: 24-12-2025 00:58 | Bölmə: Dünya

Ukraynanın növbəti prezidenti Zalujnı ola bilər

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkənin Londondakı səfiri Valeriy Zalujnı seçkilərdə iştirak edəcəyi təqdirdə respublikanın növbəti prezidenti ola bilər.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksiy Aretoviç özünün “YouTube” kanalında bildirib.

Arestoviçin proqnozuna görə, əgər Zalujnı seçkiyə qatılıb ciddi mübarizə apararsa, qalib gəlmə ehtimalı yüksəkdir. Əks təqdirdə Zelenski qalib gələcək.

ELÇİN





Bölməyə aid digər xəbərlər