İsrail əsgərləri dinc insanlara yenidən atəş açıb
Tarix: 24-12-2025 07:56 | Bölmə: Dünya

İsrail əsgərləri dinc insanlara yenidən atəş açıb

İsrail təhlükəsizlik qüvvələri Nablusun cənubundakı Avarta keçid məntəqəsi yaxınlığında hərəkət edən avtomobilə atəş açıb.

Reyting.az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, cənubdakı Nablusla yanaşı Əl-Xəlil şəhərində də fələstinlilərə hücum edilib.

Avtomobilin aşması nəticəsində sərnişinlərdən beşi yaralanıb.

Qeyd olunur ki, İordan çayının qərb sahilində də 6 fələstinli güllə yarası alıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər