Liviyada üç günlük milli matəm elan edilib
Tarix: 24-12-2025 08:13 | Bölmə: Dünya

Liviyada üç günlük milli matəm elan edilib

Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əhməd Əl-Həddad təyyarə qəzasında həlak olub.

Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Məhəmməd Əli Əl-Həddadın olduğu təyyarə Haymana rayonunun Kesikkavak dağlıq kəndi üzərində naməlum səbəbdən qəzaya uğrayıb.

Təyyarə qəzası ilə bağlı Ankara Baş Prokurorluğu baş prokurorun birinci müavininin rəhbərliyi ilə istintaqın aparılması üçün 4 prokuror təyin edib.

Qeyd edək ki, general-polkovnik Əl-Həddad və onu müşayiət edən şəxslər dünən Türkiyənin Esenboğa hava limanında Liviyanın paytaxtı Tripoliyə uçan təyyarəyə miniblər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər