Rusiya dron operatorlarının cəmləşdiyi əraziyə zərbə endirilib
Tarix: 24-12-2025 17:06 | Bölmə: Dünya

Rusiya dron operatorlarının cəmləşdiyi əraziyə zərbə endirilib

Ukrayna Hərbi Hava Qüvvələri təyyarələrlə Donetsk bölgəsindəki Seversk yaxınlığında rus dron operatorlarının fəaliyyət göstərdiyi binaya zərbə vurublar.

Reyting.az xəbər verir ki, bu barədə “Şərq” qüvvələr qrupunun “Facebook” səhifəsində məlumat yayılıb.

Məlumata görə, Ukrayna bölmələri Pokrovsk-Mirnoqrad aqlomerasiyasında aktiv əməliyyatları davam etdirir.

Xüsusilə Ukrayna aviasiyası Kotlyarovka və Qriqorovka yaxınlığında düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazilərə zərbə endirib. Ümumilikdə, “Şərq” cəbhəsinin məsuliyyət zonasındakı Müdafiə Qüvvələrinin bölmələri son 24 saat ərzində rus işğalçılarının 52 hücumunu dəf edib və Rusiya tərəfi ciddi itkilər verir.

“Şərq” cəbhəsi bildirib ki, Pokrovsk sektorunda Ukrayna qüvvələri Nikanorovka, Rodinskoye, Krasnıy Liman, Mirnoqrad, Pokrovsk, Kotlino, Udaçnoye, Molodetskoye, Novosergiyevka, Orexovo və Daçnoye kəndləri yaxınlığında 34 rus hücumunu dayandırıb: “Bu sektorda müdafiəçilər 62 işğalçını öldürüb və daha 24 düşmən əsgərini yaralayıb, 18 pilotsuz təyyarə, üç nəqliyyat vasitəsi və iki artilleriya sistemini məhv edib, bir tankı, dörd nəqliyyat vasitəsini, bir artilleriya sistemini və 11 düşmən şəxsi heyətinin sığınacağını vurublar”.

Bundan əlavə, “Şərq” qüvvələri Pokrovskın müdafiəsinin davam etdiyini vurğulayıb. Ukrayna qoşunları şəhərin şimal hissəsinə nəzarət edir. Mirnoqradda müdafiəçilər müdafiə xətlərini saxlayır və şəhərə yaxınlaşan Rusiya qüvvələrini məhv edirlər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər