Tacikistan-Əfqanıstan sərhədində atışma olub, ölənlər var
Tarix: 25-12-2025 15:34 | Bölmə: Dünya

Tacikistan-Əfqanıstan sərhədində atışma olub, ölənlər var

Əfqanıstandan qanunsuz yolla Tacikistan ərazisinə daxil olmağa çalışan şəxslərlə Tacikistan sərhədçiləri arasında toqquşma baş verib.

Reyting.az-ın məlumatına görə, sərhəddəki toqquşmada tacik əsgərləri də daxil olmaqla beş nəfər həlak olub.

Ölənlərdən üçü sərhəd məntəqəsinə hücum edənlər, ikisi isə Tacikistan əsgəridir.

Tacikistan tərəfi bildirib ki, bu, Tacikistan-Əfqanıstan sərhədində son bir ayda baş verən üçüncü hücumdur.

Qeyd olunur ki, sərhəddə təhlükəsizlik bərpa edilib və hadisə ilə bağlı araşdırma başlayıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər