İsrail ordusu Qəzzanın bölgələrini bombalayıb
Tarix: 26-12-2025 08:18 | Bölmə: Dünya

İsrail ordusu Qəzzanın bölgələrini bombalayıb

İsrail ordusu HƏMAS ilə razılaşdırılmış atəşkəs rejimini pozaraq, Qəzza zolağının şimal, mərkəzi və cənub hissələrinə hava zərbələri endirib.

Reyting.az “Reuters”-ə istinadla xəbər verir ki, Cəbəliyə bölgəsinin atəşə tutulması nəticəsində biri qadın olmaqla iki mülki şəxs yaralanıb.

Şahidlərin sözlərinə görə, İsrailin qırıcı təyyarələri Qəzza şəhərinin şərq, eksklavın şimal hissəsini raket atəşinə tutub.

ELÇİN





Bölməyə aid digər xəbərlər