Rusiya uğrunda vuruşan ukraynalı general ölüb
Tarix: 26-12-2025 13:56 | Bölmə: Dünya

Rusiya uğrunda vuruşan ukraynalı general ölüb

Rusiya müdafiə nazirinin keçmiş müavini Yuri Sadovenko vəfat edib. O, Ukraynaya qarşı müharibədə birbaşa iştirak edib və Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun yaxın adamı olub.

Reyting.az xəbər verir ki, Sadovenko 25 dekabrda ürək xəstəliyindən dünyasını dəyişib.

Sadovenko Ukraynada anadan olub və Ryazan Ali Hava-Desant Komandanlıq Məktəbini bitirib. General-polkovnik uzun müddət Sergey Şoyqu ilə birlikdə Fövqəladə Hallar və Müdafiə nazirliklərində çalışıb. 2024-cü ilin may ayında Sadovenko Şoyqunun ardınca Rusiya Müdafiə Nazirliyindən gedib.

“Proekt” yazır ki, Sadovenko Ukrayna ilə müharibədə iştirak edən rus komandirlərindən biri olub. Bu səbəbdən, 2022-ci ildə o, Britaniya və Amerika sanksiyalarına məruz qalıb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər