Meksikada qatar qəzası: 13 ölü, 98 yaralı var
Tarix: 29-12-2025 08:23 | Bölmə: Dünya

Meksikada qatar qəzası: 13 ölü, 98 yaralı var

Meksikada lokomotiv relsdən çıxıb, bir neçə vaqon 7 metr yülkəklikdən aşağı yuvarlanıb.

Reyting.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, Meksikanın Oaxaca ştatının qubernatoru Salomon Jara Cruz “X”-də yazıb ki, qəzada yaralananlara dərhal tibbi yardım göstərilib.

Bildirilir ki, Koatzakoalkosa şəhərinə gedən qatar qəzası Oaxaka ştatının Nissanda ərazisində baş verib. Qatarda 241 sərnişin və 9 ekipaj üzvü olub. Qubernator lokomotivin relsdən çıxması nəticəsində təxminən 7 metr yülkəklikdən yıxılanlara kömək etmək üçün xilasetmə işlərinin davam etdirildiyini bildirib.

İlkin məlumata görə, qəza nəticəsində 13 nəfər həyatını itirib, 98 yaralı var.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər