Çin Somaliyə görə İsrailə xəbərdarlıq edib
Tarix: 29-12-2025 16:25 | Bölmə: Dünya

Çin Somaliyə görə İsrailə xəbərdarlıq edib

Rəsmi Pekin İsrail tərəfindən Somalinin separatçı bölgəsi olan Somalilandın “ölkə” kimi tanınması qərarını tənqid edib.

Reyting.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian İsrailin eqoist maraqlarına görə belə addımlar atmamalı olduğunu deyib.

“Heç bir ölkə öz eqoist maraqları naminə digər ölkələrdəki daxili separatçı qüvvələri təşviq etməməli və ya dəstəkləməməlidir”,- sözçü əlavə edib.

Lin Jian Somalini bölmək cəhdlərinə qarşı olduqlarını bildirib və Afrika ölkəsinin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə dəstəklərini bir daha təsdiqləyib.

ELÇİN





Bölməyə aid digər xəbərlər