Bu il Putin və Tramp 10 dəfə telefonla danışıblar
Tarix: 30-12-2025 08:10 | Bölmə: Dünya

Bu il Putin və Tramp 10 dəfə telefonla danışıblar

Rusiya prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında yeni telefon danışığı 2025-ci ilin əvvəlindən sayca onuncu olub.

Reyting.az “Reuters”ə istinadla xəbər verir ki, Ağ ev daha əvvəl Putin və Tramp arasında müsbət telefon danışığı olduğunu bildirmişdi.

Liderlər sonuncu dəfə bir gün əvvəl, Trampın Mar-a-Laqoda Vladimir Zelenski ilə görüşündən sonra mövzu barədə razılaşdıqları ilə bağlı danışıblar.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər