Qar uçqunu üç nəfərin ölümünə səbəb olub
Tarix: 30-12-2025 14:13 | Bölmə: Dünya

Qar uçqunu üç nəfərin ölümünə səbəb olub

İspaniyanın Araqon bölgəsindəki xizək kurortunda faciəvi hadisə baş verib. Ərazidə uçqunu nəticəsində 3 nəfər həyatını itirib.

Reyting.az xəbər verir ki, uçqun 2600 metr yüksəklikdə qeydə alınıb və 6 nəfərdən ibarət qrup uçqun altında qalıb.

Əraziyə axtarış-xilasetmə qrupları göndərilib. İlkin məlumata görə, uçqun altında qalan 2 kişi və 1 qadın həyatını itirib, 3 nəfər xilas edilib.

Uçqun buz təbəqəsinin qopması nəticəsində qar və buzun dağ yamacından sürüklənməsi nəticəsində baş verib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər