Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-12-2025 17:40 | Bölmə: Dünya

Çində "yan gedən" səssiz raket platforması nümayiş etdirilib. Bu, ölkənin hərbi sənaye tarixində ilk səssiz işləyən, həmçinin yan tərəfə hərəkət edə bilən və modul quruluşa malik ağır elektrikli platformadır.
Reyting.az-ın məlumatına görə, platforma üzərində çalışan və onu ərsəyə gətirən çinli mütəxəssislər bildiriblər ki, bu texnologiyadan superağır yüklərin daşınması üçün istifadə edilsə də, xüsusiyyətləri onun mobil qitələrarası raket buraxılış qurğusunu tam əvəz edə biləcək bir sistem kimi də istifadə oluna biləcəyini göstərir.
Məlumata görə, bu layihə ilk dəfə 2024-cü ilin yanvar ayında təsdiqlənəndən sonra Tsinhua Universitetinin rəhbərliyi ilə bir neçə aparıcı texniki institutun iştirakı ilə hazırlanıb.
Platformadakı hər təkər ayrıca idarə olunur və hərəkət, əyləclər, sükan, həmçinin asqı funksiyaları elektron sistemlə koordinasiyadadır. Bu isə hərbi maşına "dəniz xərçəngi" kimi yan hərəkət etməyə, eyni zamanda yerində dönməyə imkan verir. Yeni maşın elektrik ötürücü sayəsində demək olar ki, tam səssiz işləyir, tüstü buraxmır və minimal dərəcədə istilik izi qoyur.
Mütəxəssislərin dediyinə görə, onun modul quruluşu yükə görə ölçü, eyni zamanda, daşıma qabiliyyətinin dəyişdirilməsinə çox asanlıqla imkan verir.
Tərtibatçılar vurğulayıblar ki, bu cür platformalar həm ağır loqistika, həm də müdafiə məqsədləri üçün perspektivlidir.
Texnologiyanın Çinin yeni nəsil enerji nəqliyyat vasitələri üzrə yol xəritəsinə daxil edildiyi bildirilir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər