Kipr Aİ Şurasına sədrliyi öz üzərinə götürür
Tarix: 01-01-2026 11:30 | Bölmə: Dünya

Kipr Aİ Şurasına sədrliyi öz üzərinə götürür

1 yanvar 2026-cı ildən Kipr Avropa İttifaqı (Aİ) Şurasına rotasiya qaydasında altı aylıq sədrliyi öz üzərinə götürəcək.

Reyting.az xəbər verir ki, Aralıq dənizi ölkəsi bu rolda Danimarkanı əvəz edəcək.

Qeyd edək ki, bu postda olan ölkə Aİ Şurasının iclaslarına (Xarici İşlər Şurası istisna olmaqla) sədrlik edir, altı aylıq dövr üçün gündəliyi və prioritetləri müəyyənləşdirir və Avropa Birliyi ölkələri arasında danışıqlar aparır.

E. KAMAL





Bölməyə aid digər xəbərlər