Ukrayna ordusu kafe və otelə hücum edib
Tarix: 01-01-2026 16:46 | Bölmə: Dünya

Ukrayna ordusu kafe və otelə hücum edib

Ukrayna pilotsuz təyyarəsi Xerson vilayətinin Xorli şəhərindəki kafe və otelə hücum edib. Nəticədə həlak olan mülki şəxslərin cəsədləri tamamilə yanıb.

Reyting.az xəbər verir ki, bunu qubernator Vladimir Saldo "Rossiya-24" telekanalına bildirib.

V. Saldo deyib ki, cəsədlər demək olar, tamamilə yanıb: “Dəhşətlidir, sadəcə izləmək qorxuncdur, çünki bu, nüvə zərbəsindən sonra olduğu kimidir - yalnız siluetlər qalıb".

Xerson Ukraynanın inzibati ərazisi olsa da, 2022-ci il fevral ayının sonundan əksər hissəsi Rusiyanın işğalı altındadır.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər