Seul və Tokio Pxenyanın ballistik raket buraxdığını təsdiqləyib
Tarix: 05-01-2026 08:08 | Bölmə: Dünya

Seul və Tokio Pxenyanın ballistik raket buraxdığını təsdiqləyib

Şimali Koreya 2026-cı ildə ilk ballistik raketini bu gün səhər yerli vaxtla səhər saat 8:00 radələrində Yapon dənizinə atıb.

Reyting.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadla məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyi raketin Azad İqtisadi Zonadan kənara düşdüyünü bildirib.

Xatırladaq ki, KXDR Yapon dənizinə sonuncu raketi ötən il noyabrın 7-də atmışdı.

ELÇİN





Bölməyə aid digər xəbərlər