Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib
Tarix: 05-01-2026 16:18 | Bölmə: Dünya

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri istefa verib

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasiliy Malyuk vəzifəsindən ayrılıb. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Bununla belə, Malyuk Təhlükəsizlik Xidməti sistemində xüsusi əməliyyatları icra etməyə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna mediası yanvarın 3-də ölkə Prezidenti Volodimir Zelenskinin V.Malyukla görüşdüyünü və ondan istefa ərizəsi yazmasını istədiyi barədə məlumat yaymışdı. Malyukun bu zaman Zelenskinin tələbindən imtina etdiyi və Ali Rada vasitəsilə vəzifəsindən uzaqlaşdırılmasını təklif etdiyi bildirilirdi.





Bölməyə aid digər xəbərlər