Ukrayna səfiri Çexiya XİN-ə buna görə çağırılıb
Tarix: 06-01-2026 09:01 | Bölmə: Dünya

Ukrayna səfiri Çexiya XİN-ə buna görə çağırılıb

Çexiyanın xarici işlər naziri Petr Marçinka Ukraynanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Vasil Zvariç ilə görüşüb.

Reyting.az xəbər verir ki, bu barədə “CTK” agentliyi məlumat yayıb.

Görüş zamanı tərəflər Çexiya cəmiyyətində mövcud ictimai əhval-ruhiyyəni müzakirə ediblər.

Agentliyin ehtimalına görə, görüş işçi xarakteri daşıyıb və diplomatın XİN-ə rəsmi çağırışını təşkil etməyib.

Daha əvvəl Çexiya KİV-ləri xəbər yaymışdı ki, nazir səfiri Deputatlar Palatasının sədri Tomio Okamura haqqında tənqidi fikirlərindən sonra çağırıb.

ELÇİN





Bölməyə aid digər xəbərlər