Venesuela məsələsi BMT TŞ-da müzakirə edilib
Tarix: 06-01-2026 09:11 | Bölmə: Dünya

Venesuela məsələsi BMT TŞ-da müzakirə edilib

BMT Təhlükəsizlik Şurasının (TŞ) Venesuela ilə bağlı iclası keçirilib.

Reyting.az-ın məlumatına görə, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Lei BMT TŞ-nın iclasında bəyan edib ki, heç bir ölkə “beynəlxalq hakim” kimi çıxış edə bilməz.

O deyib: “Heç bir ölkə dünya polisi kimi çıxış edə bilməz, heç bir ölkə beynəlxalq hakim kimi çıxış edə bilməz”.

Baş katibin sözçüsü Stefan Dücarrik isə bildirib ki, BMT Venesueladakı hərbi əməliyyatla bağlı ABŞ-dan heç bir rəsmi açıqlama almayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi isə bəyan edib ki, Venesuela prezidentinin zorla oğurlanması “hüquq-mühafizə əməliyyatıdır”.

E. KAMAL





Bölməyə aid digər xəbərlər